Pakistanın Multan şəhərinin sənaye zonasında LPG yüklü tankerin partlaması nəticəsində 6 nəfər ölüb, 30 nəfər yaralanıb.
Sitat.info xəbər verir ki, Pakistanın Pəncab əyalətinin Multan şəhərinin sənaye zonasında LPG yüklü tankerin partlaması nəticəsində 6 nəfərin həyatını itirdiyi, 30 nəfərin yaralandığı bildirilib.
Rəsmilər partlayışla başlayan yanğının uzun səylərdən sonra söndürüldüyünü açıqlayıb.
Polis əməkdaşı Sadiq Əli qeyd edib ki, tankerdən qaz sızması davam edir, ona görə də ərazidə evakuasiya işlərinə başlanılıb.
Nigar,
Sitat.info