Yaponiyanın Saitama əyalətində yol naməlum səbəbdən çöküb.
Sitat.info xəbər verir ki, hadisədən sonra diametri 5 metr, dərinliyi 10 metr olan çuxur əmələ gəlib və hərəkətdə olan yük maşını nəhəng çuxura düşüb.
Xəbərin ardınca əraziyə çoxlu sayda polis və tibb qrupu göndərilib.
Hadisə ilə bağlı ətraflı araşdırmalara başlanılıb.
Nigar,
Sitat.info