Rusiyanın Sumiyə aviazərbəsi nəticəsində 4 nəfər ölüb - Ukrayna

13:18 30 Yanvar 2025

Rusiya ordusunun Ukraynanın Sumı şəhərinə endirdiyi hava zərbəsi nəticəsində 4 nəfərin öldüyü, 9 nəfərin yaralandığı açıqlanıb.
Sitat.info xəbər verir ki, Ukrayna Fövqəladə Hallar Xidmətinin (DSNS) Telegram hesabından verilən açıqlamada Rusiya ordusunun gecə saatlarında pilotsuz uçuş aparatları (PUA) ilə Ukraynanın Sumı şəhərinə hücum təşkil etdiyi bildirilib.

Hücum şəhərdə 10 mərtəbəli yaşayış binasına təşkil edilib, nəticədə 4 nəfər ölüb, 9 nəfər yaralanıb.

Ukrayna prezidenti Vladimir Zelenski Telegram hesabında paylaşdığı açıqlamada Rusiyanın Sumiyə hücumuna reaksiya verib.

Hadisə yerində axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd edən Zelenski hücumu dəhşətli faciə kimi qiymətləndirib.

"Dünya bu terrora görə Rusiyaya təzyiq etməkdən çəkinməməlidir. Mən Ukraynanı və ukraynalıları dəstəkləyən bütün liderlərə minnətdaram", - Zelenski mesajında ​​bildirib.

Nərgiz,

Sitat.info

 



Xəbər xətti