İsveçdə “Quran”ı yandıran şəxs öldürüldü

13:41 30 Yanvar 2025

İsveçdə “Qurani-Kərim”i yandıraraq təxribatlar törədən Salvan Momika güllələnərək öldürülüb.

Sitat.info “TRT Haber”ə istinadən xəbər verir ki, 38 yaşlı Momika ötən gecə Södertalje şəhərindəki mənzildə qətlə yetirilib.

O, “TikTok”da canlı yayım edərkən silahlı hücuma məruz qalıb.

Polis Momikanı öldürən şəxsin saxlanılması istiqamətində əməliyyata başlayıb.



Xəbər xətti