Fransanın Eure-et-Luara əyalətində avtobusun qəzaya uğraması nəticəsində ilkin məlumatlara görə, bir tələbə ölüb, çoxlu sayda insan yaralanıb.
Sitat.info xəbər verir ki, Fransa mətbuatının məlumatına görə, orta məktəb şagirdlərini daşıyan avtobus Eure-et-Luara əyalətinin Şatodu şəhəri yaxınlığında qəzaya uğrayıb.
İlkin məlumatlara görə, qəzada bir lisey şagirdinin öldüyünü, 31-i orta məktəb şagirdləri olmaqla çoxlu sayda insanın yaralandığını açıqlayıb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və 6 xilasetmə maşını göndərilib, zərərçəkənlərə və onların yaxınlarına dəstək olmaq üçün sağlamlıq və psixoloji dəstək bölməsi yaradılıb.
Səid,
Sitat.info