Cahit Bağcı postunu yeni səfirə təhvil verdi - Foto

12:47 31 Yanvar 2025

Azərbaycanda diplomatik fəaliyyətini başa vuran Türkiyənin keçmiş səfiri Cahit Bağcı postunu yeni səfir Birol Akgünə təhvil verib.

Sitat.info xəbər verir ki, C.Bağcı bu barədə “X” hesabında paylaşım edib. 

O bildirib ki, dörd ildir Türkiyənin Azərbaycandakı səfiri vəzifəsini bu gün tamamlayaraq ölkəsinə geri dönüb: “Vəzifəni və bayrağı Birol Akgünə bu gün təhvil verdik”.

Birol Akgünlə birgə fotolarını da paylaşan Bağcı, yeni səfirə vəzifəsinin icrasında uğurlar arzulayıb.

 



Xəbər xətti