“The New York Times” Ukrayna və Amerika rəsmilərinə istinadən yazır ki, Rusiya qüvvələrinin tərəfində Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak edən Şimali Koreya qoşunları ağır itki verdikdən sonra cəbhə xəttindən çıxarılıb.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya əsgərləri təxminən iki həftədir cəbhədə görünmür.
Ukrayna rəsmisi deyir ki, Şimali Koreyalıların itkilərinin artması onların sıralarında nizamsızlıq və Rusiya bölmələri ilə koordinasiyanın olmaması ilə bağlıdır.
“The New York Times”-in Ukrayna mənbələrinə görə, Şimali Koreya ordusu döyüş meydanına gəldikdən sonra öz başına buraxılıb, kiçik zirehlərlə irəliləyir və nadir hallarda yenidən qruplaşmaq üçün dayanır.
“Sky News” telekanalı da yanvarın 27-də Ukrayna xüsusi təyinatlılarının komandanlığına istinadən xəbər yayıb ki, Şimali Koreya qoşunları ağır itkilər verdiyi üçün cəbhə xəttindən çıxarılıb. O, Şimali Koreyalıların "ya Ukrayna əsgərləri ilə ilk toqquşmalarında buraxdıqları səhvlərdən nəticə çıxardıqlarını, yaralılara qulluq etdiklərini, ya da əlavə qüvvələr gözlədiklərini" deyib.
ABŞ rəsmiləri də hesab edir ki, Şimali Koreya qoşunlarını cəbhə xəttindən geri çəkmək qərarı müvəqqəti ola bilər. Onlar bildiriblər ki, Şimali Koreyalılar əlavə təlim keçdikdən sonra və ya Rusiya qüvvələri bu cür ağır itkilərdən qaçmaq üçün Şimali Koreya qoşunlarını yerləşdirməyin yeni yolları tapdıqdan sonra geri qayıda bilərlər.
Tehran,
Sitat.info