Paşinyan: Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razıdır

15:52 31 Yanvar 2025

Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razılıq verməyə hazırdır.

Sitat.info xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.

"ATƏT-in Minsk qrupunun buraxılması ilə razıyıqmı? Aşağıdakı əsaslandırma ilə razıyıq: əgər münaqişə yoxdursa, münaqişəyə xidmət edən formatın mövcudluğunun mənası nədir? Ancaq biz əmin olmaq istəyirik ki, Azərbaycan üçün də Minsk qrupunun buraxılması eyni məna daşıyır" - o qeyd edib.



Xəbər xətti