Putin-Tramp görüşü ilə bağlı bir irəliləyiş yoxdur - Peskov

21:50 3 Fevral 2025

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya lideri Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın görüşü ilə bağlı yeni məlumatın olmadığını bildirib.

Sitat.info Tass-a istinadən xəbər verir ki, Vaşinqtondan reaksiya yoxdur: "Görüşün yerini müzakirə etməzdən əvvəl biz görüşün özü ilə bağlı qərar verməliyik. Burada heç bir xəbər yoxdur". 

O, Reuters agentliyinin Rusiya tərəfinin Putin və Tramp arasında danışıqlar üçün mümkün məkanlar kimi BƏƏ və Səudiyyə Ərəbistanını nəzərdən keçirdiyi barədə xəbəri belə şərh edib.

Məğrur,

Sitat.info



Xəbər xətti