Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Türkiyəyə səfər edəcək.
Sitat.info xəbər verir ki, bununla bağlı Türkiyə prezidentinin Kommunikasiyalar üzrə Direktoru Fahrettin Altunməlumat yayıb.
Onun sözlərinə görə, səfər çərçivəsində keçiriləcək danışıqlarda Türkiyə-Almaniya əlaqələrinin bütün aspektləri, xüsusilə müdafiə sənayesi sahəsində əməkdaşlıq, müzakirə olunacaq:
“Səfər çərçivəsində keçiriləcək danışıqlarda Türkiyə-Almaniya əlaqələri başda müdafiə sənayesi sahəsində əməkdaşlıq olmaqla bütün ölçüləri ilə müzakirə olunacaq. Bu çərçivədə Almaniyadakı türk icmasının vəziyyəti də müzakirə ediləcək”.
Görüşlərdə Türkiyə-Avropa İttifaqı münasibətləri və aktual regional məsələlər ətrafında fikir mübadiləsinin aparılacağı da nəzərdə tutulur.