USAID əməkdaşlarını məzuniyyətə göndərir, saytı deaktiv edilib

10:42 5 Fevral 2025

“USAID fevralın 7-dən etibarən bütün ölkələrdəki ofislərində çalışan əməkdaşlarını inzibati qaydada məzuniyyətə göndərəcək”.

Sitat.info APA-ya istinadən xəbər verir ki, bu barədə məlumat təşkilatın deaktiv edilmiş internet saytında paylaşılıb.

Qeyd edilib ki, fəaliyyətini yalnız təşkilatın fəaliyyəti üçün kritik cəhətdən zəruri funksiyaları yerinə yetirən əməkdaşlar, xüsusi proqramların icrasına cavabdeh şəxslər və rəhbərlik işini davam etdirəcək.

Rəsmi açıqlamada həmçinin USAID-in digər ölkələrdəki əməkdaşlarının 30 gün ərzində bu təşkilatın hesabına ABŞ-yə qayıtması təmin ediləcək və bu zaman onların qarşılaşa biləcəyi çətinliklər, eləcə də tibbi, təhsil və digər zəruri ehtiyacları nəzərə alınacaq.

Qurum həmçinin, zərurət yarandığı halda yenilənmiş məlumatların bütün əməkdaşlara göndəriləcəyini də bəyan edib.



Xəbər xətti