Vyaçeslav Volodin USAID-i cinayət şəbəkəsi adlandırdı

11:58 5 Fevral 2025

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) 100-dən çox ölkədə fəaliyyət göstərən və illik büdcəsi 50-60 milyard dollar olan cinayətkar şəbəkəyə çevrilib.

Sitat.info TASS-a istinadən xəbər verir ki, bu fikri Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.

"Nizamnaməsinə görə, USAID iqtisadiyyat, səhiyyə və təhsili dəstəkləməli, həmçinin təcili humanitar yardım göstərməlidir. Amma faktiki olaraq, agentlik 100-dən çox ölkədə ofisləri və illik büdcəsi 50-60 milyard dollar olan real cinayət şəbəkəsinə çevrilib", - Volodin Telegram kanalında qeyd edib.

Onun sözlərinə görə, USAİD öz fəaliyyəti dövründə bəzi cinayətlərdə iştirak edib, bunları törədənlər cəzalandırılmalıdır ki, bir daha belə hal olmasın.

"Bu gün Beynəlxalq İnkişaf Agentliyinin Vaşinqtonda yerləşən mənzil-qərargahı bağlıdır. USAİD-in ləğvi məsələsi müzakirə olunur. İndi törədilmiş cinayətlərdə günahkar olanların cəzalandırılması və belə halların bir daha təkrarlanmaması vacibdir", - Dövlət Dumasının sədri qeyd edib.

O, həmçinin “USAİD-ə aid edilən” insanlığa qarşı cinayətlərin siyahısını təqdim edib.

Tehran,

Sitat.info



Xəbər xətti