Putin-Tramp görüşünə hazırlıq gedir - Peskov

14:27 5 Fevral 2025

Rusiya ilə ABŞ arasında təmaslar ayrı-ayrı departamentlər xətti ilə intensivləşib.

Sitat.info xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Həqiqətən ayrı-ayrı departamentlər arasında əlaqələr var və onlar son zamanlar fəallaşıblar. Ancaq başqa təfərrüat verə bilmərəm, başqa deyəcək bir şey yoxdur”, - Kreml sözçüsü bildirib.

O, ABŞ-ın həm Rusiya, həm də Ukrayna ilə fəal danışıqlar apardığını bəyan edən Trampın sözləri ilə bağlı sualı belə cavablandırıb.

"ABŞ lideri Ukrayna ilə bağlı danışıqların məhsuldar keçdiyini təkid edib".



Xəbər xətti