Münhen konfransında Ukrayna ilə bağlı sülh planı təqdim olunmayacaq

17:50 6 Fevral 2025

ABŞ gələn həftə Münhen konfransında Rusiya-Ukrayna müharibəsinə son qoymaq planını açıqlamağı planlaşdırmır.

Sitat.info xəbər verir ki, bunu Trampın Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.

Kelloq qeyd edib ki, Trampın “dağıdıcılıqdan, ölümlərdən xəbəri var və bu müharibəni bitirmək istəyir”.

Eyni zamanda, xüsusi nümayəndə sülh planının gələn həftə Kelloqun iştirak edəcəyi Münhen Konfransında elan ediləcəyini inkar edib.

"Bəli, biz gələn həftə Münhen Konfransında iştirak edəcəyik. Bəzi media orqanları gələn həftə sülh planını təqdim edəcəyimizi yazır. Xeyr, bu doğru deyil. Mən bunu heç vaxt deməmişəm. Sülh planını Keyt Kelloq yox, ABŞ prezidenti təqdim edəcək", - o deyib.

Eyni zamanda Trampın xüsusi nümayəndəsi sülh planının gələn həftə hətta ABŞ prezidentinin özü tərəfindən də açıqlanacağını inkar edir. Kelloqun sözlərinə görə, Amerika nümayəndə heyəti bütün vəziyyətləri aydınlaşdırmaq üçün Münhendə Avropa liderləri ilə lazımi görüşlər keçirəcək.

Bu məlumat daha sonra Trampa ötürüləcək ki, o, sülh planını hazırlaya bilsin.

Seymur,

Sitat.info



Xəbər xətti