Fransa Ukraynaya "Mirage 2000" qırıcılarını göndərib - Zelenski təsdiqlədi

18:14 6 Fevral 2025

Ukrayna prezidenti Vladimir Zelenski Fransadan göndərilən “Mirage 2000” qırıcılarının gəlişini təsdiqləyib.

Sitat.info UNİAN-a istindadən xəbər verir ki, bu barədə dövlət başçısı X sosial şəbəkəsində məlumat verib.

"Ukraynanın hava donanması genişlənməkdə davam edir. İlk "Mirage 2000" qırıcıları artıq Fransadan gəlib ki, bu da bizim hava hücumundan müdafiə imkanlarımızı gücləndirəcək", - Zelenski qeyd edib.

Ukrayna prezidenti fransalı həmkarı Emmanuel Makrona rəhbərliyinə və dəstəyinə görə təşəkkür edib: "Fransa prezidenti sözünün üstündədir və biz bunu yüksək qiymətləndiririk. Bu, Ukraynanın təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində növbəti addımdır".

Aytac,

Sitat.info



Xəbər xətti