Pezeşkian: İran müharibəyə və nüvə silahı yaratmağa can atmır

22:20 6 Fevral 2025

İran müharibə və nüvə silahı yaratmağa can atmır, çünki ölkənin doktrinası bu cür silahların istifadəsini rədd edir.

Sitat.info İran KİV-inə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian xarici diplomatlarla görüşündə deyib.

"Biz nüvə silahı yaratmağa çalışmırıq. Bunu yoxlamaq sadə işdir”, - o söyləyib.

İran prezidenti əlavə yoxlamalara etiraz etmədiyini deyib.



Xəbər xətti