Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyindən bildirilib ki, ölkənin yeni dövlət himni müsabiqə yolu ilə müəyyənləşəcək:
Sitat.info yerli mediaya istinadən xəbər verir ki, nazirlikdən bu barədə məlumat verilib.
“Qırğızıstan xalqının tarixi irsini, mədəni ənənələrini və milli birliyini əks etdirən yüksək səviyyəli bədii musiqi əsəri yaratmaq məqsədi ilə milli müsabiqəyə start vermişik”.
Bəyanatda bütün istedadlı vətəndaşlardan, musiqiçilərdən, bəstəkarlardan, şairlərdən, yazıçı kollektivlərindən və birliklərdən martın 20-dək nazirliyin ünvanına və elektron poçt ünvanına müraciət etmələri xahiş edilib və aşağıdakılar qeyd edilib:
"Ərizədə iştirakçının və ya komanda üzvlərinin şəxsi məlumatları, müsabiqə işinin video və ya audio yazısı, musiqi partiturası, Qırğızıstan himninin mətni və şəxsi məlumatların işlənməsini təsdiq edən məktub daxil edilməlidir. Müsabiqədə işin qalibi 17 min ABŞ dolları, ikinci yerin qalibi 11,5 min, üçüncü yerin qalibi isə 6 min dollar alacaq.
Qeyd edək ki, Qırğızıstanda parlamentin sədri Nurlanbek Turqunbekulunun təşəbbüsü ilə dekabrın 5-də dövlət himninin dəyişdirilməsinə qərar verilib.
Aytac,
Sitat.info