Tramp Ukraynadan 500 milyardlıq nadir torpaqlar istəyir

21:33 11 Fevral 2025

ABŞ prezidenti Donald Tramp Ukraynaya yardım müqabilində 500 milyard dollar dəyərində nadir torpaq elementləri istədiyini bildirib.

Sitatnfo xəbər verir ki, Tramp Fox News telekanalına müsahibəsində Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamalar verib.

Tramp deyib ki, indiyədək Ukraynaya “yüz milyardlarla” pul veriblər: "Mən onlara dedim ki, 500 milyard dollar dəyərində nadir torpaqlar istəyirəm. Onlar bununla razılaşdılar. Ən azından özümüzü artıq axmaq kimi hiss etmirik. Əks halda özümüzü axmaq kimi görürük. Mən onlara dedim ki, biz də nəsə almalıyıq. Yoxsa, bu pulu ödəməyə davam edə bilmərik".

ABŞ yardım müqabilində nadir metallar istəyir
Tramp fevralın 3-də verdiyi açıqlamada Ukraynaya göstərdikləri hərbi və digər yardımların böyük məbləğə çatdığını və bunun müqabilində bu ölkədən nadir torpaq elementləri almaq istədiklərini iddia edib.

Ukraynada müharibənin bitməli olduğunu deyən Tramp verdikləri dəstəyi xatırladıb və bu mövzuda Kiyev rəhbərliyi ilə danışıqlar apardıqlarını qeyd edib.

Tramp ABŞ-ın Ukraynaya dəstəyini davam etdirəcəyi təqdirdə ABŞ xalqına cavab verilməli olduğunu vurğulayıb və bunları qeyd edib: "Hazırda onlarla bəzi müqavilələr üzərində işləyirik. Onlara verdiyimiz bəzi təminatlarımız var. Biz deyirik ki, Ukraynada çox qiymətli nadir torpaqlar var. Biz qarantiya olaraq onu istəyirik. Ona görə də Ukrayna ilə müqavilə bağlamağı düşünürük ki, silahların müqabilində nadir torpaqları verəcəklərinə zəmanət verəcəklər".

Nigar,

Sitat.info 

 

 



Xəbər xətti