Ərəb ölkələri Qəzzanı yenidən qurmaq üçün öz planlarını hazırlayır

10:02 12 Fevral 2025

Ərəb ölkələri ABŞ prezidenti Donald Trampın Qəzza zolağı ilə bağlı planına alternativ təqdim etməyə hazırdır.

Sitat.info xəbər verir ki, bunu İordaniyanın xarici işlər naziri Ayman əl-Səfədi “Al Jazeera” telekanalına şərhində bildirib.

Nazirin sözlərinə görə, ərəb ölkələri Trampın planına alternativ təqdim etməyə və Qəzza zolağında humanitar fəlakətə son qoymağa qadirdir.

Əl-Səfadi bildirib ki, İordaniya tərəfi ABŞ-a səfəri zamanı Amerika liderinə fələstinlilərin qovulmasına deyil, ədalətli və hərtərəfli sülhə nail olmaq məqsədi daşıyan mövqeyini açıqlayıb:

“Biz Qəzzanın əhalisini köçürmədən yenidən qurulmasına əsaslanan ərəb planı üzərində işləyirik”.



Xəbər xətti