Rusiya məsələsində bizim deputatlar niyə susur? - Politoloqdan sərt çıxış

14:32 14 Fevral 2025

Deputatlar Rusiya-Azərbaycan münasibətləri ilə bağlı Milli Məclisdə müzakirə açmaqdansa, susurlar. Düşünürlər ki, Rusiya daha çox narazı qala bilər, daha çox üstümüzə gələ bilər. Mən demirəm ki, bütün deputatlar Rusiya əleyhinə danışıb, yıxıb-sürüməldiir.  Amma başqa platfortmalar var, internet tv-lər var, orada danışa bilərlər. Bu hadisələr zamanı neçə deputat mətbuata danışıb? Milli Məclisdə 125 deputat var, efirlərdə yəqinki 5-7 nəfər danışıb. Bəs, bu 100 nəfər haradadır? Onlar yüksək maaş alırlar, xarici səfərlərə gedirlər, ən həssas məqamda susurlar, bununla da işlərinin bitdiyini düşünürlər. Yaxşı Milli Məclisdə çıxış etmə, yalnış konyuktura var ki, Rusiya yanlış anlaya bilər. Bəs, başqa platformalarda niyə çıxış etmirsiniz?"

Bu sözləri "Sitat.info"ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

E.Şahinoğlu bildirib ki, Azərbaycan əleyhinə danışan deputatlara Rusiya hökuməti şərait yaradır:

"Mən demirəm ki, Valuyevin mədəniyyətsiz səviyyəsində ona cavab verilsin. Bir neçə deputat bəzi saytlarda açıqlamalar verirlər ki, guya Putinin xəbəri yoxdur, yəni Rusiyanın rəsmi mövqeyi deyil. Yenə də təkrar edirəm, Valuyev, Zatulin Azərbaycana qarşı təxribatçı mövqedə çıxış edən deputatların hamısı Rusiyada hakim partiyanın üzvüdürlər. Bu rəsmi növqe deyilsə, bəs o zaman nədir?
Vahid Rusiya partiyasının rəhbəri deputatlarına desinlər ki, həssas məqamdayıq, Azərbaycan əleyhinə açıqlamalar verməyin. Vahid Rusiya partiyası istəsə həmin deputatlar səslərini dərhal kəsərlər. Səslərini kəsmirlərsə, demək bunlara bu şəraiti yaradırlar. Onlara şərait yaradaırlarsa, bizim deputatlar biyə susur?"

Aytac,

Sitat.info

 




Xəbər xətti