Qəzza zolağında yaşayan fələstinlilərə könüllü olaraq anklavı tərk etmək imkanı verilməlidir.
Sitat.info xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu Amerika yəhudi təşkilatlarının rəhbərlərinin Qüdsdə keçirilən konfransında deyib.
“Niyə Qəzza sakinlərinə seçim imkanı verilməsin? Qoy getsinlər”, - deyə o vurğulayıb.
Hökumət başçısının sözlərinə görə, son iki ildə Qəzzanı 100 min sakin tərk edib: “Varlılar gedə bilər, amma qalanlar da getmək istəyirlərsə, getsinlər. Biz onlara təhlükəsiz zonaya çatmaq imkanı vermək istəyirik. İnsanlar mühacirət etmək istəyirlərsə, bu onların seçimidir”.