ABŞ ordusu Suriyada Əl-Qaidə liderlərindən birini öldürüb - Tramp

11:32 18 Fevral 2025

 ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ hərbçiləri həftə sonu Suriyada “Əl-Qaidə” terror qruplaşmasının liderlərindən birini öldürüb.

Sitat.info xəbər verir ki, o, bu barədə bazar ertəsi sosial şəbəkədə yazıb.

“Bu həftə sonu ABŞ qüvvələri Əl-Qaidənin Suriyadakı qoluna dəqiq hava zərbəsi endirib. Terrorçu lider bütün bölgədə Əl-Qaidə ilə əlaqədə olub”. 

Tramp həmçinin ABŞ Mərkəzi Komandanlığının rəhbəri Maykl Kurilla və hərbi pilotları uğurlu əməliyyat münasibətilə təbrik edib.

Tehran,

Sitat.info



Xəbər xətti