Kahramanmaraşdakı “Azərbaycan məhəlləsi” dostluğumuzun əbədi nişanəsidir”

12:59 19 Fevral 2025

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün bu gün Bakıda “Azərbaycanla Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında anlaşma memorandumunun 5 ili: Birgə fəaliyyətə baxış, gələcək hədəflər” mövzusunda keçirilən dəyirmi masada iştirak edib.

O qeyd edib ki, Kahramanmaraşdakı “Azərbaycan məhəlləsi” Azərbaycan və Türkiyə dostluğunun əbədi nişanəsidir. 

Səfir həmçinin bildirib ki, Türkiyə həmişə Azərbaycanın yanında olacaq: “Azərbaycan hər zaman Türkiyəyə dəstək olduğu kimi, biz də daim qardaş ölkənin yanındayıq. Bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın cümləsidir. Biz qardaşıq və hər zaman bir-birimizin yanındayıq. Qarabağda gedən bərpa-quruculuq işlərini də dəstəkləyirik. Əlimizdən gələni etməyə daim hazırıq.

Bizim qardaşlığımızda hesab-kitab olmaz. Bu səbəbdən bir-birimizə iki qardaş deyirik. Çünki Türkiyədəki zəlzələdə kədərimizi Azərbaycan qədər hiss edən olmadı. Vətən müharibəsi zamanı hər kəndin necə azad edildiyini böyük həyəcanla izlədik və medianın dezinformasiyalara qarşı necə mübarizə apardığını gördük. Bu baxımdan media dayanışması önəmlidir”.

Sitat.info



Xəbər xətti