Bu gün Bakıda Türkiyə və Azərbaycan Media Platformasının dəyirmi masası keçirilir.
Sitat.info xəbər verir ki, tədbir Sosial Tədqiqatlar Mərkəzi (STM), Türkiyə İletişim Başkanlığının Bakıdakı Mətbuat Müşavirliyi və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə baş tutub.
Dəyirmi masa “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumunun 5 ili: Birgə fəaliyyətə baxış, gələcək hədəflər” mövzusuna həsr olunub.
Tədbirdə Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Mətbuat Şurasının sədri Rəşad Məcid, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, professor Birol Akgün, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədov, REAL Təhlil və İnformasiya Mərkəzinin baş direktoru Mir Şahin Ağayev, Milli Məclisin deputatları Sevil Mikayılova və Vüqar Rəhimzadə, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyəti sədrinin müavini Tahirə Allahyarova və digər media rəhbərləri iştirak edirlər.