Kanadanın baş naziri: "Hər zaman Ukraynanın yanındayıq"

13:10 20 Fevral 2025

Kanadanın baş naziri Trudeau X sosial media platformasındakı paylaşımında vurğulayıb ki, ukraynalılar təkcə “öz suverenliklərini və ərazi bütövlüyünü qorumaq” üçün deyil, həm də “təxminən 80 ildir ki, dünyada hamının təhlükəsizliyini təmin edən nizamı qorumaq üçün” mübarizə aparırlar.

“Buna görə də Kanada və müttəfiqlərimiz Vladimir Putinin beynəlxalq asayişin qeyri-qanuni, əxlaqsız və ədalətsiz pozmasına açıq şəkildə qarşı çıxırlar” -deyə Trudeau əlavə edib.

 Trudeau, Kanadanın həmişə Ukraynanın yanında olduğunu və Ukraynanın, eləcə də dünyanın təhlükəsizliyi qaydalarını müdafiə mövzusunda avropalı tərəfdaşlarla görüşməyi səbirsizliklə gözlədiyini söyləyib. 

Səid,

Sitat.info



Xəbər xətti