Sitat.info xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüş keçirib.
Türkiyənin diplomatik missiyasının sosial şəbəkə hesabında verilən məlumata görə, səfir Birol Akgün Hikmət Hacıyevə nəzakət ziyarəti edib. Görüş zamanı iki ölkə arasında əməkdaşlıq, regional və beynəlxalq proseslər müzakirə olunub.
Tərəflər Azərbaycan-Türkiyə münasibətlərinin strateji əhəmiyyətini vurğulayaraq, gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.