"Qəzzadakı böhran ancaq müstəqil Fələstin dövlətinin qurulması ilə həll oluna bilər" - Lavrov

10:55 21 Fevral 2025

 Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qəzzadakı böhranın ancaq müstəqil Fələstin dövlətinin qurulması ilə həll oluna biləcəyini deyib və bildirib ki, həll edilməmiş Fələstin məsələsi təkcə Qəzzada deyil, Livan, Suriya və Yəməndə də şiddəti artırıb". 

Sitat.info xəbər verir ki, Lavrov Cənubi Afrikanın Yohannesburq şəhərində keçirilən G20 Xarici İşlər Nazirləri Toplantısında çıxış edib.

Qərbin çoxqütblülük reallığına zidd olaraq dünya üzərində hökmranlığını qorumağa çalışdığını deyən Lavrov bunun həm də geosiyasi vəziyyətin qeyri-sabitləşməsinə səbəb olduğunu bildirib.

Lavrov deyib ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) qərarlarına baxmayaraq, bu günə qədər müstəmləkəçilik aradan qaldırılmayıb.

Dünyada hələ də müstəqil idarə olunmayan 17 bölgə var. Müstəmləkəçilik təcrübələri siyasətdə, iqtisadiyyatda, sosial və mədəni sahələrdə güclənməkdədir". 

“Problemin son həlli yalnız iki dövlət formuludur”
Dünyada gərginlik nöqtələrinin artdığına diqqət çəkən Lavrov deyib: "Həll edilməmiş Fələstin məsələsi təkcə Qəzzada deyil, Livan, Suriya və Yəməndə də zorakılığı artırıb. Son il yarımda ərəb-İsrail qarşıdurmaları nəticəsində 47 min fələstinli mülki vətəndaş həyatını itirib. Bu, İkinci Dünya Müharibəsindən bu yana ən yüksək rəqəmdir. Məsələnin son həlli yalnız iki dövlətli sülh və Fələstin dövlətində İsrailin ən müstəqil təhlükəsizlik formulunun yaradılması ilə mümkün ola bilər". 

Aytac,

Sitat.info 



Xəbər xətti