“Kiyev müttəfiqlərindən təhlükəsizlik zəmanəti almayana qədər Ukraynada atəşkəs olmayacaq”.
Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski brifinqdə deyib.
O vurğulayıb ki, yalnız Ukrayna təhlükəsizlik zəmanəti aldıqda atəşkəslə razılaşmağa hazırdır.
Siyasətçinin fikrincə, bu, münaqişənin zamanla yenidən başlamaması üçün lazımdır:
“Müharibənin sonu yalnız o şəkildə olacaq ki, biz bilək ki, sabah yenidən başlamayacaq”.