“Bu şərtlə silahlarımızı yerə qoyacağıq” - YPG-nin cavabı

21:09 27 Fevral 2025

KK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalanın çağırışından sonra PKK/PYD terror təşkilatının lideri Salih Müslim açıqlama verib.

Sitat.info xəbər verir ki, bu haqda “Sabah” nəşri məlumat yayıb.

“Əgər bizə siyasi qrup kimi fəaliyyət göstərməyə icazə verilsə, bu şərtlə silahlarımızı yerə qoyacağıq”, - Müslim deyib.

Xatırladaq ki, PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına çağırış edərək terrorçu qruplaşmalara “silahı buraxın” deyib.



Xəbər xətti