"ABŞ Ukraynaya silah göndərilməsini dayandırarsa, sülhə ən böyük töhfəni vermiş olacaq"
Sitat.info xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov ABŞ-ın indiyə qədər Ukraynadakı müharibənin ən böyük dəstəkçisi olduğunu deyib.
Peskov ABŞ prezidenti Donald Trampın Ukraynaya sülh gətirmək istəyini alqışlayıb və bildirib ki, ABŞ Ukraynaya hərbi dəstəyi kəsərsə, bu, Kiyev administrasiyasını sülh prosesinə sövq edə bilər.
Peskov bəzi Avropa ölkələrinin Ukraynaya dəstəyini davam etdirəcəkləri ilə bağlı açıqlamalar verdiklərini də xatırladıb: "İndiyə qədər müharibənin ən böyük dəstəkçisi ABŞ idi. ABŞ Ukraynaya silah göndərilməsini dayandırsa, sülhə ən böyük töhfəni vermiş olacaq"
Aytac,
Sitat.info