Latviyadan ruslarla bağlı çağırış: Dayandırılsın!

18:12 6 Mart 2025

 

AB ölkələri Rusiya vətəndaşlarına Şengen vizalarının verilməsini dayandırmalıdır.

Sitat.info xəbər verir ki, bunu Latviya xarici işlər naziri Rixards Kozlovskis deyib.

“Belə bir xidmətdən imtina etmək mənəvi borcdur. Bütün AB-yə üzv dövlətlər təhlükəni ciddi qəbul etməlidir”, - Kozlovskis bildirib.

Latviya XİN başçısı bunu belə əsaslandırıb ki, Avropa Birliyi hibrid müharibə vəziyyətindədir və mümkün aktiv təxribatlardan ziyan çəkə bilər.

 



Xəbər xətti