Şəmkirdə kütləvi dava: 4 nəfər saxlanıldı

14:40 8 Mart 2025

 

12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunun Dəllər qəsəbəsində kütləvi dava baş verib.

Sitat.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunundan bildirilib ki, faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, müvafiq ekspertiza təyin olunub.

“O. Məmmədova müxtəlif bədən xəsarətləri yetirməkdə şübhəli bilinən 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Ekspertizanın və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”, - Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.

 



Xəbər xətti