Banklardan ən çox kredit götürən 10 RAYON - SİYAHI

12:20 10 Mart 2025

Bu ilin fevralın 1-nə banklar tərəfindən Azərbaycanın rayon və şəhərlərinə 27,5 milyard manat kredit verilib.

Sitat.info bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə bunun 21 milyard manat hissəsi paytaxt Bakının payına düşüb.

Bakıdan kənarlara nəzər yetirdikdə Sumqayıt şəhərinin payına 782,5 milyon manat, Gəncə şəhərinə 666,6 milyon manat, Naxçıvana 365,5 milyon manat düşüb.

Banklar tərəfindən Abşerona 313,5 milyon manat, Lənkərana 272,2 milyon manat, Bərdəyə 221,8 milyon manat kredit verilib.

Xaçmaz rayonu üzrə verilmiş kreditlərin ümumi məbləği 203,1 milyon manat, Zaqatala üzrə 195,4 milyon manat, Mingəçevir üzrə 192,2 milyon manat, Şirvan üzrə isə 179,6 milyon manat təşkil edib.

 



Xəbər xətti