Azərbaycan qeyri-neft-qaz ixracını artırdı

12:52 10 Mart 2025

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 6,6% artaraq 485 milyon ABŞ dolları təşkil edib.

Sitat.info xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, o cümlədən son 1 ildə ölkənin yeyinti məhsullarının ixrac dəyəri 12,3% artaraq 153,9 milyon ABŞ dolları olub.

Hesabat dövründə aqrar məhsullarının ixracının dəyəri 9,5% artaraq 119,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracının dəyəri 17,7% artaraq 43 milyon ABŞ dolları olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracının dəyəri 11,6% artaraq 162,8 milyon ABŞ dolları təşkil edib.

İl ərzində qara metallar və ondan hazırlanan məmulatların ixrac dəyəri 66,9%, şəkər və şəkərdən hazırlanan qənnadı məhsullarının ixrac dəyəri 47%, alkoqollu və alkoqolsuz içkilərin ixrac dəyəri 10,2%, kimya sənayesi məhsullarının ixrac dəyəri 30%, çayın ixrac dəyəri 21,3%, alüminium və ondan hazırlanan məmulatların ixrac dəyəri isə 2,8% artıb.



Xəbər xətti