Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) iki Britaniya diplomatını casusluqda şübhəli bilinərək deportasiya etmək qərarına gəldiyini açıqlayıb.
Sitat.info xəbər verir ki, FSB-dən verilən açıqlamada Britaniyanın Moskvadakı səfirliyində kəşfiyyat fəaliyyəti ilə məşğul olan işçilərin müəyyən edilib.
Bəyanatda bildirilir ki, səfirliyin ikinci katibi Alkeş Odedra və birinci katibin əri Maykl Skinner Rusiyaya daxil olmaq üçün icazə alarkən qəsdən yalan məlumat veriblər və bununla da Rusiya qanunlarını pozublar:
"Lakin sözügedən diplomatların Rusiyanın təhlükəsizliyini təhdid edən təxribat xarakterli kəşfiyyat fəaliyyəti həyata keçirməsinə dair əlamətlər var idi. Odedra və Skinnerin akkreditasiyasının ləğvi ilə bağlı qərar qəbul edilib. Diplomatlar iki həftə ərzində Rusiyanı tərk etməlidirlər".
Nigar,
Sitat.info