Ukrayna poliqonu vurdu: 4 koreyalı zabit öldürülüdü

16:48 10 Mart 2025

Xerson vilayətində Şimali Koreyadan olan 4 zabit öldürülüb.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları Müdafiə Nazirliyindəki mənbəyə istinadla məlumat yayıblar.

“Şimali Koreyadan olan zabitlər cəbhənin bu hissəsində döyüşlərin necə getdiyini görmək, onların xüsusiyyətlərini öyrənmək, düşmənin hansı silahlardan istifadə etdiyini öyrənmək üçün Xerson vilayətinə yollanıblar. Təəssüf ki, onların olduğu yerləşdiyi poliqon vurulub. Dörd Şimali Koreya zabiti və daha 12 hərbçi həlak olub”, - məlumatda qeyd olunub.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin “Dnepr” qruplaşmasının rəhbəri, general Mixail Teplinski də həmin poliqonda olub. Lakin raket zərbəsindən bir neçə dəqiqə əvvəl Teplinski poliqonun ərazisini tərk edib



Xəbər xətti