X şəbəkəsinin işində nasazlıq yarandı

17:12 10 Mart 2025

 

Bir neçə ölkədə X sosial şəbəkəsinin işində nasazlıq müşahidə olunub.

Sitat.info xəbər verir ki, bu barədə məşhur internet resurslarının işinə nəzarət edən “Downdetector” xidməti məlumat yayıb.

Məlumata görə, 46% istifadəçi proqramda nasazlıq olduğunu, 41% istifadəçi serverə qoşula bilmədiyini, 13% istifadəçi isə sayta daxil olarkən çətinliklə üzləşdiyini qeyd edib:

“Ən çox şikayətlər Yaponiyadan gəlir. Tətbiqin fəaliyyətindən 70 mindən çox ölkə vətəndaşı şikayət edib”.

Qeyd olunub ki, sosial şəbəkə ilə bağlı problemlər Böyük Britaniya, Almaniya, ABŞ, Fransa və digər ölkələrdə də qeydə alınıb.

 



Xəbər xətti