Pensiyalar bayrama görə bu tarixdə ödəniləcək!

10:30 11 Mart 2025

Bölgələrimizdə yaşayan pensiyaçılar Novruz bayramı öncəsi təqaüdlərini tez ala biləcəklər. Belə ki, respublika üzrə pensiya ödənişi martın 18-nə nəzərdə tutulub.

Sitat.info xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan təqaüdçülərin müraciətinə cavabında deyib.

Qeyd edək ki, Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişi martın 7-də qrafikdən əvvəl ödənilib.



Xəbər xətti