“Odlar Yurdu” Azərbaycanı qürurla təmsil edir

17:12 11 Mart 2025

Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən “Odlar Yurdu” Boks İdman Klubu yeni bir uğura imza atıb. Klubun iki üzvü Federal Boks Birinciliyinin qalibi olub.

Sitat.info xəbər verir ki, ilk olaraq 57 kq çəki dərəcəsindəki uşaqlar arasında keçirilən yarışda 13 yaşlı Dmitro Turkules birinci yeri tutub. Ardınca, 66 kq çəkidəki yeniyetmələr arasında 15 yaşlı Bleoren Halili bütün rəqiblərinə qalib gəlib.

Klubun rəhbəri və peşəkar boksçu Azad Əzizov bildirib ki, bu nəticələr həm klub, həm də gənc idmançılar üçün böyük əhəmiyyət daşıyır. O, son iki ildə Almaniyada boks idmanına olan marağın artdığını, “Odlar Yurdu” klubunun daha çox diqqət cəlb etdiyini vurğulayıb.

“Odlar Yurdu”nun əldə etdiyi müvəffəqiyyətlər hər ay "Dates-Das Magdeburger Stadtmagazin" nəşrində ətraflı şəkildə işıqlandırılır. Bu, klubun yüksək nailiyyətlərinin və Azərbaycanı tanıtma missiyasının geniş auditoriyaya çatdırılmasına kömək edir.



Xəbər xətti