Arda Gülər bu klublardan birinə keçəcək

11:18 12 Mart 2025

"Real Madrid"də heyətə düşməkdə çətinlik çəkən Türkiyə millisinin oyunçusu Arda Gülərin İspan nəhəngləri ilə bağları qopmaq həddinə çatıb.

Arda ​​"Real Madrid"dən ayrılma ehtimalını nəzərdən keçirib.

Məlumata görə, futbolçunun Almaniyaya transferinin də mümkün ola biləcəyi istisna deyil.                

Gənc ulduzla "Bayer Leverkuzen" və "Ayntraxt Frankfurt"un maraqlandığı iddia edilir.

Bayer Leverkuzen ulduz futbolçu Wirtz-in ayrılacağı təqdirdə boşluğu Arda ilə doldurmaq istəyə bilər.

Leverkuzenin icarə variantını nəzərdən keçirməyəcəyi və yalnız transfer haqqı ilə transferlərə açıq olduğu iddia edilib.

Xatırladaq ki, Arda Gülər ​​bu mövsüm "Real Madrid" ilə bütün turnirlərdə 30 matçda forma geyinib. Arda bu matçlarda 3 qol və 5 məhsuldar ötürmə ilə çıxış edib. Hazırda bazar dəyəri 45 milyon avro olaraq göstərilən 20 yaşlı futbolçunun ispan nəhəngi ilə 2029-cu ilə qədər müqaviləsi var. /BAKU.WS



Xəbər xətti