Uşaqların 15%-i nikahdan kənar doğulur.
Sitat.info xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkil etdiyi “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləmədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova
deyib.
Taliyə İbrahimova bildirib ki, bu məsələ bizi düşündürməlidir: “Son illərdə anemiya ilə doğulan uşaqların sayında 65%, talessemiya ilə doğulanlarda isə 86% artım var. Bu, qohum nikahlarına görə olur. Həqiqətən qohum nikahlarının demoqrafiyada təbii artıma təsiri var.
Qohum nikahları ilə bağlı qanuna edilən dəyişikliyin təsirini gələcəkdə görəcəyik”.