Ukrayna Prezidenti Volodimir Zelenski hərbi vəziyyət dövründə Ukrayna Silahlı Qüvvələrinin bölmələrini digər ölkələrə göndərmək hüququnu verən qanunu imzalayıb.
Sitat.info xəbər verir ki, bu barədə məlumat Ali Radanın rəsmi saytında yayımlanıb.
Fevralın 25-də Ukrayna parlamenti tərəfindən qəbul edilən qanuna əsasən, hərbi vəziyyət dövründə USQ bölmələri digər ölkələrə göndərilə bilər. Bu, Ukraynanın milli təhlükəsizliyini qorumaq, silahlı təcavüzlə mübarizə aparmaq, suverenliyini və ərazi bütövlüyünü təmin etmək məqsədini güdür.