ABŞ Prezidenti Donald Tramp qiyamçı husilərin "Ənsar Allah" hərəkatının hücumlarının arxasında İranın dayandığını bildirib, onların yeni hücumları halında, ABŞ Silahlı Qüvvələrinin yalnız qiyamçılara zərbələrlə məhdudlaşmayacağını vurğulayıb.
Sitat.info xəbər verir ki, bu barədə Birləşmiş Ştatların lideri "Truth Social" sosial şəbəkəsində məlumat verib.
"Heç kəsə özünüzü aldatmağa icazə verməyin! Yəməndə yerli xalqın nifrət etdiyi husilərin, qəddar banditlərin və quldurların törətdikləri yüzlərlə hücum İrandan gəlir və onun tərəfindən yaradılıb.
Husilərin istənilən gələcək hücumları və cavab hərəkətləri böyük qüvvə ilə qarşılanacaq və həmin qüvvənin bununla kifayətlənəcəyinə dair heç bir zəmanət yoxdur", - deyə Ağ Evin rəhbəri yazıb.