Bu gün Ukrayna və ABŞ Prezidentləri Volodimir Zelenski ilə Donald Tramp arasında telefon danışığı keçiriləcək.
Sitat.info “RBK Ukraina” portalına istinadən xəbər verir ki, bu barədə məlumatı Zelenski Finlandiya Prezidenti Aleksandr Stubb ilə birgə mətbuat konfransında açıqlayıb.
Onun sözlərinə görə, söhbət zamanı Trampla rusiyalı həmkarı Vladimir Putinin dünənki telefon danışığı zamanı əldə olunan razılaşmalar müzakirə ediləcək.