İsrail Türkiyə Dostluq Xəstəxanasını vurdu

21:15 22 Mart 2025

İsrail ordusu Qəzzanın şimalında Fələstin-Türkiyə Dostluq Xəstəxanasını partladıb.

Sitat.info xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

İsrail ordusunun bəyanatında xəstəxananın HƏMAS tərəfindən hərbi komandanlıq mərkəzi kimi istifadə edildiyi və İsrail qüvvələrinə hücumların onun ərazisindən həyata keçirildiyi iddia edilib.

Qeyd edək ki, Fələstin-Türkiyə xəstəxanası 2011-2017-ci illərdə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin dəstəyi ilə inşa edilib.



Xəbər xətti