Ər-Riyaddakı danışıqların məzmunu açıqlanmayacaq - Peskov

14:40 25 Mart 2025

Ər-Riyaddakı danışıqların məzmunu açıqlanmayacaq, çünki bunlar texniki məsləhətləşmələrdir.

Sitat.info xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya və ABŞ arasında Ər-Riyadda aparılan danışıqların nəticələri barədə Moskva və Vaşinqtona məlumat verilib.

Peskov hazırda danışıqların nəticələrinin təhlil edildiyini söyləyib. Kremlin sözçüsü vurğulayıb ki, Rusiya və ABŞ təmasları davam etdirəcək, lakin təmasların vaxtı və nümayəndə heyətlərinin tərkibi ilə bağlı hələlik konkret məlumat yoxdur.

Peskov Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında üçtərəfli görüş hələlik planlaşdırılmadığını da söyləyib. Kreml rəsmisi Putinlə Tramp arasında hələlik heç bir danışığın planlaşdırılmadığını, lakin lazım gələrsə, tez bir zamanda bunun razılaşdırılacağını əlavə edib.



Xəbər xətti