Ukraynanın uğursuz Belqorod əməliyyatı: Rusiyanın genişmiqyaslı hücumu olacaq...

12:35 27 Mart 2025

Ukrayna Kurskdan geri çəkildikdən sonra, bu dəfə Rusiyanın Belqorod vilayətində genişmiqyaslı işğal hücumuna başladı. Lakin Kiyev qoşunları çox irəliləyə bilmədən Rusiya tərəfindən dayandırıldı. Əməliyyatın “Rusiyanı tez bir zamanda atəşkəsə məcbur etmək məqsədi daşıdığı” iddia edilsə də, Moskvanın böyük əks-hücum keçirəcəyi gözlənilir.

Həm Kreml, həm də Avropa Birliyinə (Aİ) yaxın media orqanlarının  hərbi -kəşfiyyat mənbələrindən alınan məlumatına görə, Ukrayna ordusunun küncə sıxışdırıldığı Kurskdan sonra bu dəfə Belqorod vilayətində ikinci bir dəhşətli cəbhə açılıb. Ukrayna şərq cəbhəsindəki qüvvələri ilə Rusiyanın Belqorod vilayətini işğal etməyə çalışsa da, Moskva hələlik hücumu dəf edib. İşğal cəhdini Kremldə “yeni Kursk döyüşü” adlandırırlar. Hərbi mənbələr iddia edir ki, Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putini atəşkəsə “məcbur çəkmək” üçün Belqorod cəbhəsini açıb. Moskvaya yaxın mənbələr Kremlin ehtiyat ordularını bu bölgəyə köçürdüyünü və böyük əks-hücuma başlaya biləcəyini iddia edirlər.

Rusiyanın Kursk bölgəsinə uğursuz işğal cəhdindən sonra Ukrayna indidə  “Moskvanı atəşkəsə sürətlə cəlb etmək üçün” Belqorod vilayətinə hücuma başlayıb. Hücumun hələlik dəf edildiyi bildirilir.

Məlumata görə, Rusiyanın bölgədəki hərbi mövcudluğu Ukraynadan təxminən üç dəfə çoxdur. Hərbi mənbələr isə Ukraynanın milli ordu hissələrinin yarıdan çoxunun şərq cəbhələrində olduğunu və Ukraynanın təcavüzünün əsas məqsədinin “Rusiyanı tez bir zamanda ABŞ-ın atəşkəs təklifinə cəlb etmək” olduğunu iddia edir.

Ukraynanın martın 18-dən çox şiddətli toqquşmaların yaşandığı vilayətdə irəliləyişləri dayandırmaq üçün şərq cəbhəsindəki ehtiyat qoşunlarının əksəriyyətini Belqorod vilayətinə köçürdüyü bildirilir. Hücumlar isə Rusiya tərəfindən dəf edilib və daha da irəliləyə bilməyib. Bildirilib ki, Ukrayna əsgərləri zirehli texnikanın dəstəyi olmadan və yalnız pilotsuz təyyarə və artilleriya dəstəyi ilə çoxlu sayda kiçik hərbi birləşmələrlə hücuma keçib.

İddia olunur ki, Rusiya bütün şimal-şərq cəbhəsində böyük hücum üçün ehtiyat ordularını bölgəyə köçürməyə başlayıb.

Aİ-yə yaxın mənbələr də Rusiyanın Demidovka və Prilesye qəsəbələrində Ukrayna qoşunlarını dəf etdiyi barədə məlumat paylaşırlar. Həmçinin bildirilir ki, Rusiyanın bölgədəki “155-ka” və “Axmat” Spetsnaz bölmələri və Rusiya Mərkəzi Hərbi Kəşfiyyat İdarəsinə bağlı QRU Xüsusi Təyinatlı bölmələri Ukrayna ordusunun bütün rabitə şəbəkələrini təxribat edərək səhra rabitəsini məhv etmək üzrədir. Sızdırılan məlumatlar arasında Rusiyanın Kursk başda olmaqla bir çox şəhərlərdən ehtiyat hərbi hissələrini çıxardığı və bu birləşmələri Belqorod vilayətinin sərhədlərindəki Vladimirovka qəsəbəsi yaxınlığında toplayacağı da var. 

NATO mənbələri isə Ukraynanın ABŞ istehsalı olan HIMARS raket sistemlərinin 4 rus helikopterini vurduğunun vurğulayır. HIMARS sayəsində Rusiya vilayətdəki qoşunlarına yüngül hava dəstəyi verə bilmir. Mənbələr həmçinin Şimali Koreya və Çindən olan hərbi birləşmələrin bölgəyə yerləşdiriləcəyini bildirir.

Tehran,

Sitat.info



Xəbər xətti