Moskvada terror aktının qarşısı alınıb

11:51 28 Mart 2025

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Moskvada inzibati binalardan birində terror aktının qarşısını alıb.

Sitat.info xəbər verir ki, bu barədə FSB məlumat yayıb.

Bildirilib ki, saxlanılan şəxsdən 5 kq-lıq bomba götürülüb. Onun Ukrayna xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunduğu qeyd olunub.

Saxlanılan şəxs ilkin ifadəsində terror aktını törətdikdən sonra Rusiya Silahlı Qüvvələrinə qarşı döyüşmək üçün Ukraynaya getməyi planlaşdırdığını bildirib.



Xəbər xətti