Taylandda güclü zəlzələyə görə məktəbləri bağladılar

15:01 28 Mart 2025

Bu gün Taylandda baş verən zəlzələ səbəbindən məktəblər bağlanıb.

Sitat.info  yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Phethonqthan Çinavat məlumat verib:

“Bütün dövlət qurumları məlumatlandırılıb və məktəblərə uşaqları erkən evə göndərmək tapşırılıb. Hökumət həmçinin növbəti 24 saat ərzində daha çox yeraltı təkanların baş verə biləcəyi barədə xəbərdarlıq edib”.

Taylandın Fəlakətlərin Qarşısının Alınması Departamenti zəlzələnin ölkənin demək olar ki, bütün bölgələrində hiss edildiyini bildirib.



Xəbər xətti