Müəllimlər kütləvi şəkildə işdən çıxarılır - Nazirliyi ifşa edən video yayıldı- VİDEO

19:32 31 Mart 2025

"Fevralın 28-də Mədəniyyət Nazirliyi tabeliyində olan musiqi məktəbləri müəllimlərinin atestassiya imtahanı keçirildi. 

Attestasiyadan keçməyən müəllimləri işdən uzaqlaşdırmağa başladılar. Lakin Cəsarət Valehov məktəbləri gəzərkən bildirmişdi ki, attestasiyadan keçə bilməyən müəllimlər işdən kənarlaşdırılmayacaq. (Həmin çıxış videoda)

 İclasda bildirmişdi ki, bu sadəcə müəllimlərin biliklərini yoxlamaq üçün keçirilən bir attestasiyadır. Ancaq indi imtahandan keçməyən müəllimlər işdən azad edilir. Mən musiqi müəlliməsiyəm, 33 illik əmək stajım var. 

Pensiya yaşım da deyil, necə dolanım?"

Bu sözləri "Sitat.info"ya açıqlamasında 3 saylı musiqi məktəbinin müəllimi Qənimə Rəhimova deyib.

Q.Rəhimova bildirib ki, kurslara göndərilmədən, ikinci şans vermədən müəllimləri kütləvi şəkildə işdən uzaqlaşdırırlar: "Təxminən 700 müəllimin həmin attestasiya imtahanında iştirak edib. 50 müəllim güzəştli şərtlərə imtahandan keçib.

Bu hələ təkcə bir şöbə üzrədir. Aprel ayında xalq çalğı alətləri üzrə attestasiya imtahanı başlayacaq. Görün nə qədər adam kəsiləcək"

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Daha ətraflı təqdim etdiyimiz videodan izləyin...

Aytac,

Sitat.info

 



Xəbər xətti